Zaqatalada müştəri çayxana sahibini bıçaqladı
Zaqatalada çayxana sahibi bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib.
Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural ona bıçaqla bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)