Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

 16:56 28.04.2024     288

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətinkeçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Redaktor.az xəbər verir ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.