Abşeronda 49 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
![](https://img.redaktor.az/news/2024/04/photo_239340.jpg)
Aprelin 28-də saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə S.Ağayevann həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.