Xəzər rayonunda 45 yaşlı kişi öldürüldü, 70 yaşlı şəxs saxlanıldı

 23:58 28.04.2024     958

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyn oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.