Goranboyda qadın buna görə həbs edildi

 09:00 29.04.2024     768

Goranboy rayon sakinlərindən birinə məxsus evdən dəyəri 1 200 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən G.Bağırova saxlanılıb. Şübhəli şəxs ifadəsində törətdiyi əməli etiraf edərək həmin əşyaları Gəncə şəhərində satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.