Şərqi Azərbaycanda partlayışlarda 10 nəfər yaralandı
Təbrizin yay parkındakı kanalizasiya xəttində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.
Redaktor.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar qurumunun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Vahid Şadiniya bildirib.
Məlumata görə, yaralılar Təbrizdəki İmam Rza xəstəxanasına yerləşdirilib.
Şərqi Azərbaycan əyaləti Fövqəlada Hallar İdarəsi mətbuat xidmətinin məlumatına əsasən, Bostanabad rayonunun İranak kəndində təbii qaz balonunun partlaması nəticəsində isə 6 nəfər yaralanıb. Onlar hospitala yerləşdirilib.