Minik və yük avtomobilləri toqquşdu

 18:35 29.04.2024     324

Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Həsənabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “KaMaz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan rayon sakini, 1994-cü il təvəllüdlü Əzizov Aqşin Namiq oğlu və onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü Əzizova Günel Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.