Gəncədə avtomobil piyadanı vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü T.Əmiraslanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.