Erməni hərbçiləri Azərbaycanla sərhəddə döyüldü - VİDEO
Ermənistan ordusunun 20-yə yaxın müqaviləli hərbçisi Tavuşda Qazaxın kəndlərinin təhvil verilməsinə qarşı keçirilən etiraz aksiyalarına qoşulduqları üçün döyülüb.
Redaktor.az xəbər verir ki, hərbçilər vəzifələrindən imtina edərək etirazçılara qouşulublar. Ermənistan Müdafiə Nazirliyi həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb, daha sonra ölkənin İstintaq Komitəsi bir qrup hərbçinin vəzifələrini yerinə yetirməkdən imtina etməsi ilə bağlı cinayət işinin başlandığına dair məlumat yayıb.
Saxlanılan hərbçilərə qarşı zorakılığa yol verildiyi, təhdid edildiyi bildirilir. Hətta həmin şəxslərin ağır şəkildə döyüldüyünə dair xəbərlər yayılıb.
Etirazçılara rəhbərlik edən erməni polkovnik Mihran Maqsudyan həmin vaxt hərbçilərin etirazçılara qoşulmaq istədiyini, lakin onlara məsələyə qarışmamağı tövsiyə etdiyini deyib.
Erməni hərbçilərin etirazçılara dəstək olduğu görüntüləri təqdim edirik: