Avtobus piyadanı vurub öldürdü

 17:40 30.04.2024     308

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhəri ərazisində "Dairəvi-1" marşrut xətti üzrə hərəkət edən "PAZ" markalı avtobus 1939-cu il təvəllüdlü İbrahim İbrahimovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.