Goranboyda piyadanı maşın vurub öldürdü

 22:47 30.04.2024     1235

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada Rəşid Böyükkişiyevi vurub.

Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən