BDU-nun tələbəsi faciəvi şəkildə öldü

 11:19 01.05.2024     499

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, ötən gecə saat 23 radələrində 2003-cü il təvəllüdlü Sənan Hüseynovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil Köçəsgər kəndi ərazisində qəzaya uğrayıb.

Belə ki, avtomobil asfalt yoldan çıxaraq ağaca çırpılıb.

oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Digər sərnişin 2005-ci il təvəllüdlü Məmmədov Murad Şəmistan oğlu isə almış olduğu bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Bildirilib ki, Murad Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub. Avtomobildə olan gənclər dost olublar.

Faktla bağlı Ağstafa RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.