Direktorla dalaşan müəllimin halı pisləşdi -  Təcili yardım ÇAĞIRILDI

 17:32 02.05.2024     1274

Bakıdakı 25 saylı musiqi məktəbində yeni təyin edilmiş direktor Becan Hüseynov ilə qadın müəllimlərdən birinin arasında mübahisə yaşanıb. 

Redaktor.az xəbər verir ki, müəllimin halı qəfildən pisləşib və məktəbə təcili yardım çağırılıb. Tibb işçilərinin müdaxiləsi nəticəsində müəllimin həyatını xilas etmək mümkün olub. 

TƏBİB-dən faktı manset.az-a təsdiqləyiblər:

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 02.05.2024-cü il tarixində saat 14:18 radələrində 25 saylı musiqi məktəbindən çağırış daxil olub.

Dərhal ünvana təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası  tərəfindən 53 yaşlı şəxsə (qadın cinsli) stressə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub."