Ağdamda toy karvanında "avtoşluq" edənlər SAXLANILDI - FOTO

 09:12 03.05.2024     450

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 5 sürücü inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan 5 sürücü saxlanılıb.

Onların idarələrində olan avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qərara əsasən onlardan 2 nəfər barəsində inzibati qaydada 15 sutka həbs, digərlərinə isə cərimə növündə tədbir tətbiq olunub.

Ağdamda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub