Qızdırması olan 41 yaşlı qadın xəstəxanada öldü

 11:09 04.05.2024     282

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb.

Redaktor.az məlumat verir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb.

1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş.

Faktla bağlı araşdırma aparılır.