22 yaşlı velosipedçi körpüdən çaya düşərək öldü
Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az xəbər verir ki, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.
Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.
O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır. (report)