Göyçay sakini sirkə turşusu içərək özünü öldürmək istədi
Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü İsmayılova Nuranə Fəzail qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.