Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü

 11:41 05.05.2024     260

Azərbaycanda müğənni ağır qəzaya düşüb.

Redaktor.az Manset.az-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. 

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi “Nissan Murano” markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.

Qeyd edək ki, qəzaya düşən müğənni Həbib Rzayev qərb bölgəsinin tanınmış toy müğənnilərindən biridir.