Hacıqabulda 17 yaşlı qız qızılcadan öldü
Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda keçinib.