Bakıda 28 yaşlı qadın qətlə yetirildi, həyat yoldaşı saxlanıldı

 16:35 05.05.2024     233

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızı boğularaq qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.