Bakıda küçədə dava oldu, gənc oğlan bıçaqlandı

 22:07 05.05.2024     306

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)