Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

 18:53 07.05.2024     466

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Redaktor.az OLAY-a istinadən bildirir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı qeyri-etik ifadə səsləndirməsi olub. O, canlı yayımda mərhum sənətçini təhqir edib. 

A. Bəylərin ailəsi onun rəsmi instaqram hesabında məsələyə münasibət bildirib və Daxili İşlər Nazirinə müraciət edib:

“Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Cənab Nazir Vilayət Eyvazov, xahiş edirəm, məsələ nəzarətə alınsın”.

Məlumat üçün qeyd edək ki, Ləman canlı yayımda “Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan” dedikdən sonra nalayiq ifadə səsləndirib.