Dönərdən zəhərlənənlərin 15-i uşaqdır
Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininn (TƏBİB) məlumatına görə, zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb:
“Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.
Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.
Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”.