Kütləvi zəhərlənməyə səbəb olan dönərxananın sahibi danışdı - VİDEO

 11:23 08.05.2024     475

Xəbər verdiymiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə etdiyi bildirilib.

Redaktor.az bildirir ki, "Baku TV" Zaqatala rayonunda fəaliyyət göstərən dönərxanalardan birinin sahibi Rəsul Fətəliyev ilə həmsöhbət olub.

O bildirib ki, həmin gün 200 ədəd dönər satılıb:

“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”.

Qeyd edək ki, hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. 

Daha ətraflı süjetdə: