Goranboyda mikroavtobus qəzaya düşdü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Hərəkətdə olan "QAZel"markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşub.
Mikroavtobusun fəhlələri apardığı bildirilir.