Suraxanıda gənc qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda 16 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Redaktor.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyeva yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.