Bu yolda qaya uçqunu baş verdi

 15:08 09.05.2024     374

Naxçıvanda Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Redaktor.az bildirir ki, Muxtar Respublikanın Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Ordubad rayonununda yağan güclü yağış səbəbindən qaya uçqunu baş verib. Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib (apa).

Ordubadda avtomobil yolunda qaya uçqunu baş veribOrdubadda avtomobil yolunda qaya uçqunu baş veribOrdubadda avtomobil yolunda qaya uçqunu baş verib