Sumqayıtda mənzildən meyit tapıldı

Sumqayıtda 74 yaşlı qadının meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
1950-ci il təvəllüdlü Tamilə Məhəmmədrahim qızı Qılıçovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)