Ticarət mərkəzində azyaşlı qız itkin düşdü

Gəncədə 8 yaşlı qız itkin düşüb.
Redaktor.az xəbər verir ki, hadisə mayın 7-də baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Məsimova Günel Məsim qızı müraciət edərək 2016-cı il təvəllüdlü qızı Bayramlı Sevinc Samir qızının alış-veriş üçün getdikləri “Grand Qafqaz” ticarət mərkəzi ərazisində naməlum istiqamətə gedərək itkin düşdüyünü bildirib.
Faktla bağlı Gəncə ŞBPİ-nin 2-ci PŞ-də araşdırma aparılır.