Polis oğruları avtomobili satarkən saxladı

 09:45 11.05.2024     390

Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus “Mersedes” markalı avtomobil qaçırılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.

Faktla araşdırma aparılır.