Göldə boğulub ölən tələbələr dəfn olundu

 11:44 11.05.2024     401

Ötən gün Naxçıvanda göldə boğularaq ölən tələbələr dəfn olunub.

Redaktor.az , göldə boğularaq ölən 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyevin nəşləri dəfn olunmaq üçün doğulduqları Astara rayonunun Pensər kəndinə gətirilib.

Onlar Pensər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.

Hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.

Fakt üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.