Bakıda gənc oğlan marketin qarşısında bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü İbrahimov Sirac Elman oğlu marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.