Bakıda 15 yaşlı məktəbli bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında 2007-ci il təvəllüdlü Hüseynov Rəsul Anar oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir. (APA)