Yük maşını ilə mikroavtobus toqquşdu - Ölən və yaralananlar var

 10:18 15.05.2024     331

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki,, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır (report).