Məşhur aktrisa SAXLANILDI - FOTO

 11:32 15.05.2024     535

Türkiyənin ən çox izlənən “Kızılcık Şerbeti” serialında 'Nilay' obrazını canlandıran Feyza Civelek narkotik sifarişi etdiyi üçün polis tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, aktrisanın narkotik satıcısı ilə telefon danışığı ələ keçirilib.

O, telefon danışığında kokaini daha ucuz qiymətə almaq üçün narkotik satıcısı ilə sövdələşib.

Faktla bağla araşdırmalar davam etdirilir (sfera).