22 yaşlı Könülü boğazında naqillə basdırıblar...
Xəbər verdiyimiz kimi Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevanın dünən Lənkəranda meyiti tapılıb.
Redaktor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.
O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.
Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib.