26 yaşlı oğlan dəm qazından boğuldu

Gəncədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, şəhərin Atatürk prospektindəki mənzildə yaşayan 1998-ci il təvəllüdlü Şamxal Məmmədovun meyiti tapılıb.
Onun dəm qazından boğularaq vəfat etdiyi bildirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.