Bu şirkət qanunsuz iki nəfəri işlədtdiyi üçün 20 min manat cərimələndi
Qazaxda "Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyətin iki nəfəri qanunsuz işlətməsi ilə bağlı araşdırma aparılıb, həmin şirkət 20 min manat cərimələnib.
Bu barədə Redaktor.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.