Qaxda Gürcüstan vətəndaşının meyiti tapıldı

Qaxda evdən kişi meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub. (report)