İki qəza tıxac yaratdı

Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində və Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, hər iki qəza səbəbindən metronun “20 Yanvar” stansiyası və mərkəz istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.