Polis quldurluq edənləri SAXLADI

 15:02 18.05.2024     377

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən parkda bir nəfər şəxsin  mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əbülfəz Qasımov saxlanılıb. 

Redaktor.az xəbər verir ki, həmçinin bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda, digərinin isə pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ruslan Nəsirov da saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.