Azərbaycanda qayınata keçmiş gəlini ilə TUTULDU

 16:54 18.05.2024     392

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çəmənli kəndində yaşayan Arzu Hüseynovaya məxsus 10300 manat məbləğində pulu oğurlamaqda şübhəli bilinən 1965-ci il təvəllüdlü Laçın rayon sakini İsmayılov Xaliq Əkbər oğlu və onun keçmiş gəlini, 1996-cı il təvəllüdlü, İsmayılova Esmira Bəxtiyar qızı saxlanılaraq istintaqa təhvil verilib.

Redaktor.az xəbər verir ki, faktla bağlı Ağdam rayon polis şöbəsinin İstintaq bölməsində cinayət məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq davam etdirilir.