14 yaşlı yeniyetməni bıçaqlayan şəxs AŞKARLANDI

 17:46 18.05.2024     242

Yetkinlik yaşına çatmayan şəxslər arasında yaranan mübahisə zamanı bir yeniyetmənin xəsarət alması faktı ilə bağlı müvafiq ekspertiza təyin olunub.

Redaktor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, əməli törədən şəxs məlumdur.

Ekspertizanın rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Qoçaliyev Əli bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı Hacıqabul polisi tərəfindən araşdırma aparılır.