Ağsuda yol çökdü, avtomobillərin hərəkətində problem yarandı
Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.
Redaktor.az xəbər verir ki, yolun çökməsi avtomobillərin hərəkətinə mane yaradır.
Yolun 147-ci kilometrliyində asvalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər məcburən yolun kənarındakı torpaq hissə ilə növbəli hərəkət edirlər. Bu da dolduqca təhlükəlidir. Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir. (APA)