9 yaşlı uşaq qızdırmadan öldü

 09:08 20.05.2024     349

Şirvanda azyaşlı qızdırmadan ölüb.

Redaktor.az xəbər verir ki, şəhərin M.Rəsulzadə küçəsi 7 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Vəliyev Əli Xəyyam oğlu Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb.

İlkin məlumata görə, evdə müalicə olunan Ə.Vəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib. Son anda xəstəxanaya gətirilərkən artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.