Bakıda supermarketdə yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 2100 m² olan birmərtəbəli supermarketin daxilində yerləşən şirniyyat sexində 1 ədəd qaz sobası yanıb.
Redaktor.az FHN-ə istinadən xəbər verir ki, supermarket yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.