"Əhali hələ də bu yolla ALDADILIR" - Rəsmi AÇIQLAMA

 12:43 21.05.2024     236

Ötən gün polisə yenidən bank kartlarından oğurluqla bağlı müraciətlər daxil olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

O qeyd edib ki, bununla bağlı quruma 16 zəng gəlib:

“Oğurlanan məbləğlər isə - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb”.

E.Hacıyev qeyd edib ki, bu işlə məşğul olan cinayətkar qruplarla mübarizədə ən qabaqcıl texnologiyalar, metodlar aciz qalıb. Qurum rəsmisi bu istiqamətdə dünya təcrübəsindən də nümunə çəkib:

“Almaniyada “kiber bunker-dövlət” (“Cyberbunker”) yaratmışdılar. Həmin şəbəkə minlərlə insana maddi zərər vurmuşdu. Şübhə var idi, tuta bilmirdilər. Sonra onların içinə yerləşdirilən bağbanın əli ilə onları bunkerdən çıxarıb kənar yerdə ifşa etdilər. Cinayət işlərini sübuta yetirmək mürəkkəb prosesə çevrilmişdi, hələ də zərərçəkmişlər pullarını geri ala bilməyiblər”.