Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu
![](https://img.redaktor.az/news/2024/05/photo_241817.jpg?v=MDM6NTQyMDI0LTA1LTIxIDE0OjIxOjUw)
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Redaktor.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, mayın 19-da səhər saatlarında şəxsin (kişi) evinin girişində soyğunçuluq yolu ilə 100 manatının talanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilən tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.