Qızı hoteldə 300 manata satdı - Cərimə ödəyib həbsə düşmədi...

 16:01 21.05.2024     638

Bakıda həmcinslərini əxlaqsızlığa cəlb edən 22 yaşlı qız cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, Quba rayon sakini olan 2002-ci il təvəllüdlü Aygün Həsənova (şərti adlı) barəsində Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə açılmış işə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Aygün həmcinsini 300 manat pul müqabilində görüşmək məqsədi ilə "Astoria" hotelinə aparıb. O, pulun 100 manatını özünə götürüb, 200 manatını isə rəfiqəsinə ödəmək şərti qoyubmuş. Daha sonra polis əməkdaşları hoteldə əməliyyat keçirərək Aygünü və həmin şəxsləri saxlayıblar.

Məhkəmə Aygün Həsənovanın törtdiyi əmələ görə ötən ilin dekabrından həbsdə saxlanmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsinə qərar verib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə A.Həsənova 2 min manat cərimə edilib və məhkəmə zalından sərbəst buraxılıb.