Biləsuvarda 7 yaşlı uşaq qəflətən vəfat etdi
Biləsuvarda azyaşlı qəflətən vəfat edib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü X. E. babasının evində dünyasını dəyişib.
Azyaşlının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.
Məlumata görə, azyaşlı Bakı şəhərindən Biləsuvara, babasıgilə qonaq gəlib.
Faktla bağlı araşdırma aparılır.